“Lex” - “Qarabağ” cütündə uduzan...
15.06.2022 - 00:54
“Lex” - “Qarabağ” cütündə uduzan...

Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar yolunun püşkatmasında “Qarabağ”ın mümkün rəqibi bəlli olacaq. Azərbaycan təmsilçisinin Polşa “Lex”i ilə Çempionlar Liqasının I təsnifat mərhələsində təşkil etdiyi cütün məğlub komandası Konfrans Liqasının 2-ci, bəlkə də 3-cü raunduna yollanacaq.

Çempionlar Liqasının I təsnifat mərhələsinin 15 cütü arasında püşk atılacaq. İki cütün məğlubu birbaşa 3-cü mərhələdə oynamaq hüququ qazanacaq.

Digər 13 cütün uğursuzu isə ilkin mərhələyə vida edənlərlə birlikdə 8 cütlük təşkil edəcək. 

“Lex” – “Qarabağ” cütündə məğlub olan komandanı 5 mümkün variant gözləyir: “Zrinski” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova), “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Düdelanj” (Lüksemburq) – “Tirana” (Albaniya), “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta), “Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya).

Konfrans Liqası
II təsnifat mərhələsi

"Lex" (Polşa) - "Qarabağ" (Azərbaycan) cütünün məğlubu
"Malmö” (İsveç) - İlkin mərhələnin məğlubu cütünün məğlubu
"Ludoqorets" (Bolqarıstan) - "Sutyeska" (Monteneqro) cütünün məğlubu
"Zrinski" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) cütünün məğlubu
"Pünik" (Ermənistan) - ÇFR (Rumıniya) cütünün məğlubu
"Tobol" (Qazaxıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu
"Bode Qlimt" (Norveç) - "Klasksvik" (Farer adaları) cütünün məğlubu
"Maribor" (Sloveniya) - "Şaxtyor" (Soliqorsk, Belarus) cütünün məğlubu
"Düdelanj" (Lüksemburq) - "Tirana" (Albaniya) cütünün məğlubu
"Balikani" (Kosovo) - "Jalgiris" (Litva) cütünün məğlubu
HIK (Finlandiya) - RFŞ (Latviya) cütünün məğlubu
TNS (Uels) - “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu
"Şemrok Rovers" (İrlandiya) - "Hibernians" (Malta) cütünün məğlubu
"Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün məğlubu
"Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu
“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) ilkin mərhələdəki cütünün məğlubu
“La Fiorita” (San-Marino) – “İnter” (Andorra) ilkin mərhələdəki cütünün məğlubu
İlkin mərhələdə finalın məğlubu

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 21-də və 28-də keçiriləcək.
 

0