“Polşa çempionunda işləmək və Çempionlar Liqasına vəsiqə qazanmaq imkanı mənim üçün əla fürsətdir”.
Apasport.az saytının məlumatına görə, bunu “Lex”in yeni baş məşqçisi Con van den Brom deyib.
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibinə yenicə baş məşqçi təyin olunan niderlandlı mütəxəssis heyətdə ciddi dəyişikliklər edilməyəcəyini söyləyib: “Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıb, amma hələ vaxtımız var. Komandanı çox vacib görüşlərə hazırlayacağıq. İlk belə sınağımız iyulun 5-də “Qarabağ”la olacaq. Heyətdə çox dəyişiklik etmək istəmədim. Əvvəla, əvvəlki baş məşqçi ilə çalışan həmkarlarım Polşa liqasını və komandamızı çox yaxşı tanıyırlar. Yüksək səviyyəli futbol savadı olan idman direktorundan və prezidentimizdən bilirəm ki, çox yaxşı heyətimiz var”.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, cavab görüşü isə 12-də Bakıda keçiriləcək.
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
- “Qarabağ” Koxalski ilə yollarını ayırdı - RƏSMİ