Lider "Sabah" çempionluğa bir addım da yaxınlaşa bilər - YENİLƏNİR
07.04.2026 - 11:57
Lider "Sabah" çempionluğa bir addım da yaxınlaşa bilər  - YENİLƏNİR

Misli Premyer Liqasının 26-cı turunun son matçı "Liv Bona Dea Arena"da baş tutacaq.

Apasport.az xəbər verir ki, tura "Araz-Naxçıvan" "Sabah" matçıyla yekun vurulacaq.

Çempionluq yolunda inamla irəliləyən "bayquşlar" meydana mütləq 3 xal üçün çıxacaq. Dambrauskasın yetirmələri "Qarabağ"la aralarındakı xal fərqinin azalmasını istəmir.

Ancaq Naxçıvan təmsilçisinin də hədəfi avrokuboklara vəsiqə olduğu üçün bu qarşılaşmadan qalib ayrılmaq istəyirlər. Demçenkonun komandası xal və ya xallar üçün bütün mümkün gedişləri edəcək.

Oyun saat 19:30-da start götürəcək.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

19:30. "Araz-Naxçıvan" - "Sabah"

Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zeynal Zeynalov
Mərdəkan. "Liv Bona Dea Arena"