Lunyov Rusiya və Azərbaycan çempionatlarını müqayisə edib
29.03.2024 - 12:16
Lunyov Rusiya və Azərbaycan çempionatlarını müqayisə edib

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya və Azərbaycan çempionatlarının səviyyələrini müqayisə edib.
    
Apasport.az xəbər verir ki, Lunyov bu barədə “Sport24”ə müsahibəsində danışıb.

32 yaşlı qolkiper qeyd edib ki, turnirlərin oxşar cəhətləri çox azdır: "Azərbaycanda cəmi 10 komanda var, tribunalar demək olar ki, boş olur. Lakin “Voronej” və “Krasnodar”ın oyunlarında kifayət qədər azarkeş olur. Aydındır ki, futbol azarkeşlərsiz heç də yaxşı deyil. Azərbaycanda 10-15 minlik stadionlar var, amma 2-3 min izləyici olur. Bu, kədərli mənzərədir".

Qeyd edək ki, Lunyov ötən yay “Qarabağ” 1+1 illik  müqavilə imzalayıb.

0