Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi II Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə Almaniya təmsilçisi arasında mövsümün sonunda bitəcək müqavilə yenilənməyəcək. Tərəflər əməkdaşlığı davam etdirməmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Mahir ötən ilin yayında Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib. O, çempionatda 22 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Həmyerlimiz daha öncə "Bakı", "Qarabağ", "Legiya" (Polşa), "Dinamo" (Zaqreb, Xorvatiya), "Konyaspor" (Türkiyə) komandalarının da şərəfini qoruyub.
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib