Maksim Medvedev: "Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim"
01.04.2024 - 13:36
Maksim Medvedev: "Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim"

“Qarabağ”ın kapitanı Maksim Medvedev komandanın baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında işləməsindən bəhs edib.

Apasport.az xəbər verir ki, Medvedev bu barədə Rusiya mətbuatına müsahibəsində danışıb. 

34 yaşlı futbolçu "Qarabağ"a keçdiyi ilk günləri xatırlayıb: “Mən gənc və ehtiyatsız idim. O, “Qarabağ”a gələndə ilk addımlarımızı birlikdə atdıq. Çünki o, məşqçilik karyerasına yeni başlamışdı. Yaxşı və pis vaxtlarımız olub, amma biz həmişə bir yerdə olmuşuq. Mənə fərdi yanaşdığı üçün onu böyük qardaş hesab edirdim. Başa düşürdü ki, qanım qaynayır, meydanda və meydandan kənarda çox səhvlər etdim. Hətta bəzi problemlərim olsa belə, həmişə onunla məsləhətləşmişəm”.

 

0