Mali yığmasının futbolçusu “Kəpəz”də
13.10.2023 - 14:28
“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
Qərblilər Adama Niane ilə müqavilə imzalayıb. Malili hücumçu ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
Forvardın son klubu İran təmsilçisi “Nassaji” olub. Fransa və Belçika çempionatlarında da top qovan Adama "Nant", "Trua", “Soşo”, “Şarlerua” və “Ostende” kimi klublarda çıxış edib.
Qeyd edək ki, Niane Mali yığmasında 7 oyun keçirib.
- Təməli yenidən atılan "İmarət"in son oyunlarında nələr baş verib? - KEÇMİŞƏ SƏYAHƏT
- Amil Yunanov: "Zəng gəldi və dedilər ki..." - Açıqlama
- Baxşıyev təsdiqlədi: Sabiq “Neftçi”li legioner “Araz-Naxçıxan” yolunda - ÖZƏL
- “Qəbələ”nin yeni transferi: “Mənim üçün gözəl təcrübə oldu” - Açıqlama
- “Qəbələ” klubu tarixində 900-cü qolu vurub
1
0