“Sabah”dan İsveçrənin “Bazel” klubuna transfer olunan Aaron Maluda Azərbaycan təmsilçisi ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, fransalı vinger bununla bağlı klubun rəsmi sosial media hesabının şərh bölməsində paylaşım edib.
Maluda “Sabah” ailəsinə təşəkkürünü bildirərək, klubda və Azərbaycanda keçirdiyi dövrü böyük qürur hissi ilə xatırladığını vurğulayıb:
“Sabah ailəsi, hər şey üçün təşəkkür edirəm. Bu klub və bu ölkə üçün oynamaq mənim üçün böyük şərəf idi. Siz məni və ailəmi çox isti qarşıladınız. Birlikdə gözəl işlər gördük. Mən sizin ilk azarkeşinizəm və komandanı hər zaman izləyəcək, dəstəkləyəcəyəm. Tezliklə görüşərik”.
- Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB
- “Turan Tovuz” – “Sabah” matçının hakimləri bəlli olub
- “Kəpəz”, “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı” və “Şəfa” növbəti mərhələdə - YENİLƏNİB