Milli komandada itki: “Sabah”ın futbolçusu düşərgəni tərk etdi
21.04.2026 - 15:14
Milli komandada itki: “Sabah”ın futbolçusu düşərgəni tərk etdi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Apasport.az xəbər verir ki,  “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.