Millimiz AVRO-2024-ün pley-offunun bir addımlığında
16.10.2023 - 11:20
Millimiz AVRO-2024-ün pley-offunun bir addımlığında

Azərbaycan millisi AVRO-2024-ün pley-off mərhələsinə bir addım yaxınlaşıb.

Apasport.az xəbər verir ki, buna Türkiyənin seçmə mərhələdən birbaşa vəsiqə qazanması səbəb olub.

“Ay-ulduzlular”ın uğuru Canni de Byazinin yetirmələrinin də işinə yarayıb. Komandamız ötən il keçirilən Millətlər Liqasında C liqasında 6-cı nəticə göstərib.

Pley-offa seçmə mərhələdən AVRO-2024-ə vəsiqə qazanmayanlar arasında
4 ən yaxşı yığma yüksələcək. Millimiz özündən öndə qərarlaşan 5 komandadan ikisinin seçmələrdə uğur qazanmasını gözləyirdi ki, onlardan biri – Türkiyə artıq buna nail olub.

De Byazinin yetirmələri play-offa artıq bu gün vəsiqə qazana bilər. Bunun üçün Yunanıstan da AVRO-2024-ə yüksəlməlidir. Ellada təmsilçisi bu gün Niderlanda 4 top fərqi ilə qalib gəlsə, qrupunda ikinci olacaq.

Qeyd edək ki, C liqasından yalnız Gürcüstanın pley-offa yüksəlməsi dəqiqləşib.
 

0