Millimiz Belarusu məğlub etdi - FOTO
09.05.2025 - 19:22

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama görüşü keçirib.
Apasport.az xəbər verir ki, Bakıda hazırlıq keçən komandaların oyununda futbolçularımız qalib gəlib.
Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb. Millimizin qollarını Ömər Kosayev və Ruslan Quliyev vurublar.
Qeyd edək ki, yığmaların ayın 11-də daha bir matçda qüvvələrini sınayacaqlar.
0
0