Millimiz məğlubiyyətlə başladı
08.11.2023 - 16:57
Millimiz məğlubiyyətlə başladı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığmamız Kosovo ilə qarşılaşıb.

UEFA Millətlər Liqası formatında təşkil olunan turnirin qrup matçı Sloveniyada baş tutub. B liqasının 3-cü qrupunda yer alan komandamız turnirə məğlubiyyətlə başlayıb: 0-3

Qeyd edək ki, millimiz noyabrın 11-də Sloveniya, 14-də Moldova ilə qarşılaşacaq.

0