Millimiz yenə böyükhesabla uduzdu
24.10.2023 - 15:56
Millimiz yenə böyükhesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Füzuli Məmmədovun yetirmələri Sloveniya ilə üz-üzə gəlib.

Oyunları Serbiyada keçirilən IV qrupda mübarizə aparan yığmamız 0:3 hesabı ilə uduzub. İlk turda meydan sahiblərinə 1:5 hesabı ilə məğlub olan komandamız ardıcıl ikinci dəfə yenilgi alıb.

Qeyd edək ki, millimiz oktyabrın 27-də keçiriləcək son turda Lüksemburqla qarşılaşacaq.

U-17-lər arasında AVRO-2024-ün seçmə mərhələsi
IV qrup, II tur
14:00. Sloveniya – Azərbaycan – 3:0

1

Sloveniya

2

1

1

0

4-1

4

2

Serbiya

1

1

0

0

5-1

3

3

Lüksemburq

1

0

1

0

1-1

1

4

Azərbaycan

2

0

0

2

1-8

0

0