Millimizdən ilk
14.10.2023 - 15:44
Millimizdən ilk

Azərbaycan milisi ilkə imza atıb.

Apasport.az xəbər verir ki, yığmamız ilk dəfə səfərdə keçirdiyi seçmə mərhələ oyununun 1-ci hissəsində 2 qol vurub.

Canni de Byazinin yetirmələri AVRO-2024-ün Estoniya ilə seçmə görüşündə buna nail olub. İlk 45 dəqiqədə Toral Bayramov və Ramil Şeydayev fərqlənib.

Komandamız tarixində 4-cü dəfə rəsmi xarakterli matçın birinci hissəsində 2 qola imza atıb. Lakin digər üç oyun evdə baş tutub.

Ümumilikdə isə komandamız səfərdə 6-cı dəfə ilk 45 dəqiqədə iki və ya daha çox qol vurub. Ancaq digər 5 qarşılaşma yoldaşlıq oyunları çərçivəsində baş tutub.

Qeyd edək ki, yığmamız Tallində 2:0 hesablı qələbə qazanıb.
 

0