Millimizi İsveç və Belçika ilə oyunlarda nə gözləyir?
06.11.2023 - 15:30
Millimizi İsveç və Belçika ilə oyunlarda nə gözləyir?

Noyabrda keçiriləcək oyunların milli komandaların FİFA reytinqinə necə təsir edəcəyi açıqlanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması bu ay AVRO-2024-ün seçmə mərhələsində son iki görüşünə çıxacaq.

Komandamız evdə İsveç, səfərdə Belçika ilə görüşəcək. Canni de Byazinin yetirmələri hər iki qarşılaşmada sensasiya etsə, aktivinə 43,5 xal yazacaq.

İki məğlubiyyət isə 6,5 xal itkisi ilə nəticələnəcək. Yığmamız bu matçların birində uduzmasa, ayı qazancla bitirəcək.

16 noyabr
Azərbaycan - İsveç

Qələbə - 20,4
Heç-heçə - 7,9
Məğlubiyyət - -4,6

19 noyabr
Belçika – Azərbaycan

Qələbə - 23,1
Heç-heçə - 10,6
Məğlubiyyət - -1,9

Qeyd edək ki, hazırda 1155,91 xala malik millimiz dünyanın 120-ci komandasıdır.
 

0