
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda B qrupunda Kosovo və San Marino ilə mübarizə aparacaq.
Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq.
A qrupu
Gürcüstan
Litva
Malta
Almaniya
B qrupu
Azərbaycan
Kosovo
San Marino
C qrupu
Monteneqro
Cəbəllütariq
Estoniya
Qeyd edək ki, ilkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. U-19 əsas mərhələyə yüksələrsə, 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 25-30 martda keçiriləcək.
- Faiq Hacıyev: "Davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm"
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- "Qəbələ" De Blekeri axtarır: "Görəsən bu epizodu görüb?"
- "Atletik" - "Qarabağ" matçının hakimi açıqlanıb
- Ukrayna klubunun Zamiq Əliyev planı yenə alınmadı