
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, 71 yaşlı portuqaliyalı Yunanıstanda “Əfsanə” mükafatına sahib çıxıb.
O, “Gazzetta Awards”ın qala gecəsində təltif olunub. Tədbirdə Yunanıstan idmanına xidmət göstərən idman ictimaiyyətinin nümayəndələri mükafatlandırılıblar.
Santuşa mükafatı Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib. 2001/02 mövsümündə onlar birlikdə AEK-lə Yunanıstan kubokunu qazanıblar.
Qeyd edək ki, Santuş 2001-02 və 2004-06-cı illərdə AEK, 2002-ci ildə “Panatinaikos”, 2007-10-cu illərdə PAOK, 2010-14-cü illərdə Yunanıstan millisini çalışdırıb. O, 2024-cü ilin yayından Azərbaycan millisinə rəhbərlik edir.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”