Millimizin cüzi qazancı – 1-ə çatmadı
14.06.2022 - 23:02
Millimizin cüzi qazancı – 1-ə çatmadı

Azərbaycan millisi iyun oyunlarını başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasında 11 gün ərzində 4 matç keçirib.

C liqasının 3-cü qrupunda çıxış edən komandamız Qazaxıstanla Slovakiyaya uduzubsa, Belarusla iki görüşdə qələbə və heç-heçə əldə edib. Bu nəticələr Canni de Byazinin baş məşqçisi olduğu yığmanın FİFA reytinqinə də təsir edib.

Martda açıqlanan son siyahıda 1127 xalla planetin 129-cusu olan Azərbaycan millisi iyunda qazanc əldə edib. Yığmamız 4 matçın yekununda cüzi də olsa qabağa düşüb. Bu qazanc 0,7 xala bərabərdir.

3 iyun. Qazaxıstan – Azərbaycan – 2:0 (-7,4)
6 iyun. Belarus – Azərbaycan – 0:0 (1,7)
10 iyun. Azərbaycan – Slovakiya – 0:1 (-3,1)
13 iyun. Azərbaycan – Belarus – 2:0 (9,5)

Millimiz canlı FİFA reytinqində bir pillə irəliləyib. 128-ci olan komandamız Antiqua və Barbudanı keçib.

Qeyd edək ki, FİFA rəsmi siyahını iyunun 23-də açıqlayacaq.
 

0