Millimizin daha bir rəqibi bəlli oldu
24.02.2025 - 12:23
Millimizin daha bir rəqibi bəlli oldu

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, əsas millimiz Latviya yığması ilə qarşılaşacaq.

Görüş iyunun 7-də Latviyanın paytaxtı Riqada baş tutacaq. Matçın başlama saatı və stadionu barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də Belarus yığması ilə, iyunun 10-da isə Macarıstan seçməsi ilə ölkəmizdə yoldaşlıq görüşü keçirəcək.