Millimizin tarixində ÜÇÜNCÜ
14.10.2023 - 11:10
Ramil Şeydayev Azərbaycan millisində 10-cu qolunu vurub.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu AVRO-2024-ün Estoniya ilə seçmə oyununda fərqlənib.
Yığmamızın 2:0 hesabı ilə qalib gəldiyi səfər matçında penaltidən yararlanan Şeydayev millidə “10”a çatıb. O, 10-cu qolunu 57-ci oyununda vurub.
Ramil tarixə Azərbaycan millisində ən azı 10 qola imza atan 3-cü futbolçu kimi düşüb. Onadək Qurban Qurbanov və Emin Mahmudov bunu bacarıb.
1. Qurban Qurbanov - 14
2. Emin Mahmudov - 11
3. Ramil Şeydayev - 10
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”
1
0