Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan
06.05.2024 - 16:10
Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

Daim yenilikləri ilə şans oyun həvəskarlarını sevindirən Misli.az daha bir möhtəşəm kampaniyaya start verir.

Apasport.az xəbər verir ki, bu dəfə də Misli.az-da iki qat qazanmaq şansınız var.

“Misli.az ilə Avropaya” adlı stimullaşdırıcı lotereyada ümumilikdə 24 ədəd qiymətli hədiyyə uğrunda bəxtinizi sınaya bilərsiniz. 4 həftə davam edəcək lotereyada düz 12 nəfər Almaniyada keçiriləcək futbol üzrə Avropa Çempionatına hər şey daxil tur paketə sahib olacaq. Səyahət paketi qazananlar həm Berlini gəzmək, həm də 14 iyulda burada keçiriləcək “Avro-2024”ün final oyununu canlı izləyə biləcəklər. Hədiyyələr bununla bitmir, daha 12 nəfər isə “iPhone 15 Pro Max 256 GB” qazanacaq.

Lotereyaya qatılmaq üçün yalnız Misli.az-da idman mərc oyunlarında iştirak etmək kifayətdir. Hər 5 manatlıq mərc məbləği ilə kampaniyaya avtomatik qoşulmuş olursunuz. Lotereyada qazandığınız şans sayı hər növbəti gün mobil nömrənizə SMS ilə göndəriləcək.

Qaliblər 14 maydan etibarən hər həftənin 2-ci günü, saat 21:00-da Misli.az-ın yutub kanalında https://www.youtube.com/@misliaz canlı efirdə elan olunacaq.

6 mayda başlanan kampaniya 4 iyun tarixinədək davam edəcək. Ətraflı məlumat üçün https://azerlotereya.com/az/content/160 rəsmi saytına daxil ola və ya *2080 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

0