Nazir və “Zirə”nin fəxri prezidenti millinin üzvləri ilə görüşdu
10.06.2022 - 18:34
Nazir və “Zirə”nin fəxri prezidenti millinin üzvləri ilə görüşdu

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında çıxış edən mini-futbol üzrə milli komandamız 1/4 final mərhələsində ev sahibi Slovakiya yığmasına qalib gələrək (1:0) yarımfinala vəsiqə qazanıb. 

Apasport.az saytının məlumatına görə, iyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər. 

Mini-futbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev diqqətə görə komanda adından təşəkkür edib. 

Qeyd edək ki, yarımfinalda Qazaxıstanla qarşılaşacaq millimizin matçı bu gün Bakı vaxtı ilə saat 20:30-da Koşitsenin “Steel” arenasında start götürəcək.
 

0