"Neftçi" "Araz-Naxçıvan"ın legioneri ilə maraqlanır
20.10.2023 - 16:01
"Neftçi" "Araz-Naxçıvan"ın legioneri ilə maraqlanır

“Araz Naxçıvan”ın yayda Niderlandın “Herakles” klubundan heyətinə qatdığı İsmail Azzaui Premyer Liqa klublarının diqqətini çəkib.

Apasport.az saytına verilən məlumata görə, 25 yaşlı vinger “Neftçi”nin maraq dairəsinə düşüb.

Amma Naxçıvan təmsilçisi də belçikalı futbolçunu əldən buraxmaq istəmir. Belə ki, rəhbərlik onu itirməmək üçün yeni müqavilə təklif etməyi planlaşdırır.
Onun “Araz-Naxçıvan”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.

Qeyd edək ki,  İsmail daha əvvəl “Tottenhem”, “Volfsburq”, “Villem II”, “Herakles” kimi klublarda oynayıb.

0