"Neftçi" azarkeşlərinə görə ziyana düşüb
16.04.2025 - 13:42
"Neftçi" azarkeşlərinə görə ziyana düşüb

"Neftçi" azarkeşlərinə görə ziyana düşüb.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

13.04.2025-ci il tarixində Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilib.

Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.