"Neftçi" məşqləri bərpa edib
18.10.2023 - 15:34
"Neftçi" məşqləri bərpa edib

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşacağı “Səbail”lə matçın hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, “Qarabağ”la oyundan sonra üç günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 12-də məşqləri bərpa edib.

"Ağ-qaralar"ın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu və taktiki çalışmalardan ibarət olub.

Qeyd edək ki, oktyabrın 20-si saat 20:30-da “ASCO Arena”da baş tutacaq “Səbail” – “Neftçi” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

0