"Neftçi" millimizin üzvünü komandada istəyir
09.11.2023 - 16:21
"Neftçi" millimizin üzvünü komandada istəyir

Azərbaycan milli komandasının və “Eyndhoven”in üzvü Ozancan Kökçü karyerasını ölkəmizdə davam etdirmək şansına sahibdir.

Apasport.az saytına verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçinin xidmətində “Neftçi” və “Zirə” klubları maraqlıdır.

Hər iki klub onu yayda heyətinə qatmağa can atır. "Eyndhoven”lə müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq Kökçüyə öz klubu da yeni müqavilə təklif edib. Lakin onun hansı qərarı verəcəyi hələ ki, dəqiq deyil. Məsələ burasındadır ki, Kökçünün təklifləri az deyil. Belə ki, Niderland yüksək liqası başda olmaqla, Avropanın bir neçə liqa təmsilçiləri də Kökçünü heyətində görmək istəyir.Bu mənada, 25 yaşlının yaydan sonra Azərbaycan Premyer Liqasında oynayıb-oynamayacağı məhz mövsümün sonunda bəlli olacaq.

Qeyd edək ki, millimizin üzvü “Bursaspor”, “Velveyk”, “Giresunspor”, “Sabah”, “Telstar” klublarında oynadıqdan sonra 2022-ci ildə “Eyndhoven”ə keçib. Xatırladaq ki, Kökçü U-21 yığmasında oynayarkən Rəşad Sadıqov onu yığmaya qaytarmışdı.

0