“Neftçi” mövsümə start verir - YENİLƏNİR
16.08.2025 - 10:11
“Neftçi” mövsümə start verir - YENİLƏNİR

Misli Premyer Liqasında I tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün ölkə çempionatında daha bir qarşılaşma baş tutacaq.

“Neftçi” doğma meydanda “Şamaxı”nı sınağa çəkəcək. Matç saat 20:00-da start götürəcək.

Görüşü Elçin Məsiyev idarə edəcək.

Misli Premyer Liqası
I tur
16 avqust
20:00. “Neftçi” – “Şamaxı”
Baş hakim:
 Elçin Məsiyev
“Neftçi Arena”

Qeyd edək ki, turun ilk görüşü - “Karvan-Yevlax” – “Qəbələ” oyunu heç-heçə (1:1) başa çatıb. Turun digər 2 görüşü isə sabah keçiriləcək.