“Neftçi” növbəti matçını keçirəcək
10.07.2026 - 10:45
“Neftçi” növbəti matçını keçirəcək

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” daha əvvəl “Partizan”a 0:1, “ÇFR Kluj”a isə 1:2 hesabı ilə uduzub.