"Neftçi" qapıçısını "Qəbələ"yə icarəyə verib
27.01.2026 - 16:11
"Neftçi" qapıçısı Rza Cəfərovu "Qəbələ" komandasına icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Bakı klubu "əlcək sahibi"nin müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək artırıb.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək "Qəbələ"də çıxış edəcək.
Qeyd edək ki, 2022/2023 mövsümündən "Neftçi"nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0