“Neftçi” – “Sabah” oyununun biletləri satışda
24.10.2023 - 17:50
“Neftçi” – “Sabah” oyununun biletləri satışda

“Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, bunu “ağ-qaralar”ın mətbuat xidməti açıqlayıb.

Misli Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutacaq matçın biletləri bu gündən satışdadır. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar: ttps://iticket.az/events/sport/neftci-pfk-sabah-fk6/103245

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da keçiriləcək matç saat 18:30-da başlayacaq.

0