“Neftçi” və “Qarabağ”ın mümkün rəqibləri bəlli oldu
07.08.2023 - 16:10
“Neftçi” və “Qarabağ”ın mümkün rəqibləri bəlli oldu

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının mümkün rəqibləri də bəlli olub.

Konfrans Liqasında mübarizəni davam etdirən “Neftçi” və “Sabah”, hənçinin Avropa Liqasında çıxış edən “Qarabağ” pley-ofda qarşılaşa biləcəyi rəqibi tanıyıb. “Neftçi” “Beşiktaş” səddini adlasa, “Aris” (Yunanıstan) – “Dinamo” (Ukrayna) cütünün qalibi ilə görüşəcək. Bakılılar ilk matçı səfərdə keçirəcək.

“Sabah” “Partizan”ı keçsə, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa səfərdə başlayacaq.

“Qarabağ” Avropa Liqasında HİK-ə uduzsa, Konfrans Liqasının pley-offunda bu turnirin III təsnifat mərhələsinin “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşəcək. Ağdamlılar bu turnirə düşsə, ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off avqustun 24-də və 31-də baş tutacaq.

0