
“Neftçi”nin yayda yollarını ayıracağı legionerlərdən birinin adı dəqiqləşib.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Lukas Melanonun müqavilə müddətini artırmaq niyyətində deyil. Halbuki paytaxt təmsilçisi 31 yaşlının müqaviləmüddətini daha bir illik artırmağ hüququna sahibdir. Lakin argentinalının özünü sübut edə bilməməsi onunla yolların ayrılmasına səbəb olub.
Melano “Belqarano”, “Portland”, “Estudiantes”, “San Lorenso”, “Sentral Kordoba”, “Universidad Katolika”, “Sarmiento” kimi komandalarda oynamışdı. “Neftçi”yə 2023- cü il sentyabrın 13-də keçmiş Melano özü “Neftçi”də qalmaq istəsə də, onunla yollar ayrılacaq.
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB