“Neftçi”dən “Zenit” azarkeşlərinə xüsusi sektor
13.11.2023 - 16:23
“Neftçi”dən “Zenit” azarkeşlərinə xüsusi sektor

“Neftçi” – “Zenit” oyununda qonaqların azarkeşləri üçün xüsusi sektor ayrılacaq.

Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Bu addım həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə atılıb. “Zenit” azarkeşləri onlar üçün ayrılan xüsusi sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.

“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq.

Qeyd edək ki, yoldaşlıq oyunu çərçivəsində keçiriləcək matç noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da baş tutacaq.

0