“Neftçi”nin futbolçusuna üç müştəri
08.12.2023 - 15:55
“Neftçi”nin müdafiəçisi İsmayıl Zülfüqarlı qışda icarəyə yollana bilər.
Apasport.az saytına verilən məlumata görə, futbolçu özü də daha çox oyun praktikası qazanmaq istəyir.
Zülfüqarlının xidmətində maraqlı olan komandaların sayı az deyil. “Qəbələ”, “Turan Tovuz”, “Kəpəz” İsmayılı əsas heyət üzvü kimi icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, onun bu klublardan birinə keçib-keçməyəcəyi qışda dəqiqləşəcək.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
0
0