"Neftçi"nin aşağı yaş qruplarından ibarət komandaları İsveçdə təcrübə keçə bilərlər.
Apasport.az xəbər verir ki, bunu komandanın yeni təyin olunmuş idman direktoru Yens Anderson açıqlayıb.
O, özünün bu gün keçirilən təqdimat mərasimində belə variantın olduğunu bildirib. 50 yaşlı mütəxəssis komanda ilə bağlı yeni planlarından danışıb: “Düzdür, Azərbaycan futbolu ilə bağlı təcrübəm azdır. Bir dəfə AVRO-2024-ün seçmə mərhələsində milli komanda ilə oyun keçirmişik. Gələn ay isə İsveç yığması Bakıya gələcək. Düşünürəm ki, gələcəkdə bu təcrübəni artırmaq lazımdır".
Qeyd edək ki, bu gün isveçli mütəxəssisin təqdimat mərasimi keçirilib.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"