"Neftçi"nin legioneri milli komandada
13.11.2023 - 18:42
"Neftçi"nin legioneri milli komandada

"Neftçi"nin legioneri öz milli komandasına çağırılıb.

Apasport.az kluba istinadən xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Sent Martin millisinə dəvət olunub. 26 yaşlı futbolçu yığmanın heyətində noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarına çağırılıb.

Qeyd edək ki, Kilan Lebon Sent Martin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.

0