Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VI turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.
O, bu dəfə ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Beş turdan sonra həmyerlimiz 1,5 xalla 7-8-ci yerləri bölüşdürür.
Bu gün həmçinin Dommaracu Qukeş (Hindistan) - Hikaru Nakamura (ABŞ), Santoş Vidit (Hindistan) - Əlireza Firuzca (Fransa) və Yan Nepomnyaşi (FIDE) - Fabiano Karuana (ABŞ) görüşləri baş tutacaq.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM