Nikola Yurçeviç: “Azərbaycan birincilik uğrunda Slovakiya ilə yarışacaq”
03.06.2022 - 11:47
Nikola Yurçeviç: “Azərbaycan birincilik uğrunda Slovakiya ilə yarışacaq”

“Slovakiya qrup birinciliyinə əsas namizəddir, ancaq Azərbaycanın da buna şansı var”.

Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç yığmamızın Millətlər Liqasında yer aldığı qrupla bağlı danışarkən deyib.

Xorvatiyalı mütəxəssisin fikrincə, Canni de Byazinin yetirmələri qrupda Slovakiya ilə birincilik uğrunda mübarizə aparacaq: “Azərbaycan yığmasının qrupda Belarus və Qazaxstandan üstün olacağını düşünürəm. Məncə, birincilik uğrunda Slovakiya ilə mübarizə olacaq. Seçmə mərhələlərdə xallar toplamaq çətindir. Çünki orada bütün komandalar Azərbaycandan üstün olur. Ancaq Millətlər Liqasında rəqiblərin gücü bir-birinə yaxın olur”.

Qeyd edək ki, Azərbaycan millisi C liqasının III qrupda ilk oyununu bu gün Qazaxıstana qarşı keçirəcək. Nur-Sultandakı “Astana Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

0