Oto Con "Turan Tovuz"dan getdi - RƏSMİ
02.02.2025 - 23:43
Misli Premyer Liqası komandalarından “Turan Tovuz”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klubun forvardı Oto Con Liviya təmsilçisi “Əl-Mədinə”yə transfer olunub.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 27 yaşlı nigeriyalı “Turan Tovuz”a 2023-cü ildə transfer olunmuşdu.
Qeyd edək ki, forvard Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 59 qarşılaşmada 16 qol, 9 assistlə yadda qalıb.
0
0