Patrik Andrade hər kəslə sağollaşdı
19.06.2022 - 16:58
Patrik Andrade hər kəslə sağollaşdı

"Qarabağ"da gözlənilən Patrik Andrade ayrılığı reallaşıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, yarımmüdafiəçi ilə uzun müddətdir davam edən danışıqlar uğursuzluqla başa çatıb.

Kabo-verdeli legionerin yüksək maaş tələbi qarşılanmayınca yolların ayrılmasına qərar verilib. Komandanın hazırlığına qoşulmayan afrikalı bazaya gələrək hər kəslə sağollaşıb və Bakını tərk edib.

29 yaşlı əcnəbi 2020-ci ildən "Qarabağ"ın şərəfini qoruyurdu. O, bu müddətdə 70 oyunda meydana çıxıb, 12 qol və 12 asistlə yadda qalıb.
 

0