PFL rəsmisi Millətlər Liqasında
24.10.2023 - 17:01
PFL rəsmisi Millətlər Liqasında

PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Apaspott.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Millətlər Liqasında iştirak edəcək. 

Təmsilçimiz seçmə mərhələnin Sloveniya – Belarus oyununun UEFA nümayəndəsi olacaq. Bu matç oktyabrın 31-də baş tutacaq.

Qeyd edək ki, görüş Sloveniyada keçiriləcək.
 

0