“Qalatasaray” xeyriyyə matçında "Qarabağ"a qalib gəldi - YENİLƏNİB
26.03.2023 - 21:54
“Qalatasaray” xeyriyyə matçında "Qarabağ"a qalib gəldi - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri milli komandaların görüşləri ilə bağlı fasilə dövründə yoldaşlıq matçında qüvvəsini sınayıb.

Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşüb. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyıb. Xeyriyyə oyununda hər 2 komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Bu üzdən “Qarabağ”ın heyətində "Zirə"də çıxış edən komandanın üzvləri də meydana çıxıb.

Buna baxmayaraq, heyəti daha yaxşı formada olan "Qalatasaray" matçdan 2:1 qalib ayrılıb.

Yoldaşlıq oyunu
26 mart
20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) - 1:2
Qollar:
Cica, 19 – Qomis, 4. İkardi, 87 (penalti)
Baş hakim: Əliyar Ağayev

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir

Baş məşqçi: Okan Buruk

Bakı Olimpiya Stadionu

0