"Qalatasaray"da Avropa oyunu öncəsi ciddi itki
14.02.2024 - 22:23
"Qalatasaray"da Avropa oyunu öncəsi ciddi itki

"Qalatasaray" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Praqa "Sparta"sı ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi matça bir itki ilə çıxacaq. Hakim Ziyeş zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Bu barədə "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk məlumat verib.

Mərakeşli futbolçu Afrika Millətlər Kubokunda zədələnib.

Qeyd edək ki, "Qalatasaray" - "Sparta" qarşılaşması sabah Bakı vaxtilə saat 21:45-də baş tutacaq.

0