Qara Qarayevin yeni klubu açıqlandı - Rəsmi
30.10.2024 - 14:55

"Araz-Naxçıvan" Qara Qarayevin transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək, eləcə də əsas millisində çıxış edən Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023/2024 mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
- Millimizin Ukrayna yığması ilə matçının yeri müəyyənləşib
- "Kəpəz" azarkeşlərinə, "Sumqayıt" isə futbolçularına görə ziyana düşüb
- Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar
- “Sabah”ın U-10 komandası Rusiyada beynəlxalq turnirə qatılıb
- "Turan Tovuz"un məşqçisi 5 oyunluq cəza alıb
0
0