"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
21.10.2024 - 17:17
"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun matçına 20 mindən çox bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Matça 20 min 200 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

0