“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın etdi - YENİLƏNİB
02.12.2022 - 22:53
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın etdi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVI tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir oyun baş tutub.

Ölkənin iki ən titullu klubu Azərbaycan derbisində üz-üzə gəlib. “Neftçi” “Qarabağ”ı “Bakcell Arena”da qəbul edib.

Meydan sahibləri məğlubiyyətsiz irəliləyən ağdamlıların 35 matçlıq seriyasını qıra bilməyib. Ardıcıl 2 heç-heçə edən Qurban Qurbanovun yetirmələri əzəli rəqibini darmadağın edib – 4:0. Ramil Şeydayev qol vurmaqla çempionatın vahid bombardirinə çevrilib.

Qeyd edək ki, tura dekabrın 4-də yekun vurulacaq.

Misli Premyer Liqası
XVI tur
2 dekabr
21:00. “Neftçi” – “Qarabağ” - 0:4
Qollar:
Kadi, 37, 83. Zubir, 60, Şeydayev, 67
Baş hakim: Elçin Məsiyev

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k)14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mərt Çəlik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Qilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Rişard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədəvi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

“Bakcell Arena”

1

Qarabağ

16

14

2

0

44-8

44

2

Sabah

15

12

2

1

31-10

38

3

Neftçi

16

10

2

4

31-19

32

4

Zirə

15

7

2

6

16-21

23

5

Qəbələ

15

6

3

6

18-16

21

6

Turan Tovuz

15

4

4

7

10-19

16

7

Şamaxı

15

2

5

8

13-24

11

8

Səbail

15

2

4

9

12-23

10

9

Kəpəz

15

2

4

9

12-30

10

10

Sumqayıt

15

0

6

9

7-24

6

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") – 12 qol, Musa Qurbanlı ("Qarabağ") – 11 qol, Emin Mahmudov ("Neftçi") – 9 qol

0
DİGƏR XƏBƏRLƏR
Loading...