"Qarabağ" tarix yazdı
14.12.2023 - 23:40
"Qarabağ" tarix yazdı

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” qrupda son sınağına çıxıb. 

Qurban Qurbanovun yetirmələri İsveçin “Haken” klubunu qəbul edib.  Tarixi matç təmsilçimizin qolu ilə başlayıb. 1-ci dəqiqədə Leandro Andrade hesabı açıb. İlk hissənin son dəqiqələrində isə Benzia möhtəşəm qolla "atlılar"ın üstünlüyünü 2 topa çatdırıb. Oyunda son qolu isə 94-cü dəqiqədə Bədavi Hüseynov öz qapısına vurub. 

Beləliklə, “Qarabağ” qrupun autsayderinə qalib gələrək, Avropa Liqasının pley-offuna yüksəlib: 2:1

Avropa Liqası
Qrup mərhələsi, VI tur
14 dekabr
21:45. “Qarabağ” – “Hakken” 2-1

Qol: L. Andrade, 1, Y. Benzia, 45+3, B. Hüseynov, 90+4 (ö.q)

Qırmızı vərəqə: M. Veşoviç, 55
Baş hakim:
Juxhin Xhaja
Baş hakimin köməkçiləri: Dojando Myftari, Rejdi Avdo
Dördüncü hakim: Olsion Yzeiraj
VAR: Luca Pairetto (İtaliya)
AVAR: Valerio Marini (İtaliya)
Hakim inspektor: Alan Mario Sant (Malta)
Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 18, Olavio Juninyo, 10. Abdullah Zubir

Baş məşqçi: Qurban Qurbanov

 

"Hakken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

Baş məşqçi: Per Matias Hoqmo

N Klublar O Q H M T-F X
1 Bayer 5 5 0 0 14-2 15
2 Qarabağ 5 2 1 2 5-8 7
3 Molde 5 2 1 2 11-7 7
4 Hekken 5 0 0 5 2-15 0
 
0