"Qarabağ" turu keçdi, UEFA reytinqində ölkə əmsalımız artdı
23.02.2024 - 09:42
"Qarabağ" turu keçdi, UEFA reytinqində ölkə əmsalımız artdı

Azərbaycan UEFA reytinqində növbəti əmsalları qazanıb.

Apasport.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdir. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Qeyd edək ki, reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

 

0