
Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.
Apasport.az xəbər verir ki, "Azersun Arena"da keçiriləcək qarşılaşma 18:00-da start götürüb.
Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Yoldaşlıq görüşü
18:00. "Qarabağ" - "Zirə" - 4:0
- "Zirə" məşqçisi ilə yollarını ayırıb
- “Neftçi” – “Şamaxı” matçının biletləri satışa çıxarılacaq
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- Premyer Liqanın açılış matçını idarə edəcək hakim müəyyənləşib