Çempionlar Liqasının I təsnifat mərhələsinin bu gün keçiriləcək püşkatma mərasimi ərəfəsində UEFA komandaları qruplara bölüb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqiblərinin sayı da azalıb.
Qurban Qurbanovun yetirmələri püşk zamanı səpələnmiş olacaq. Ağdam klubu 2-ci qrupdakı 10 komandadan biridir.
“Qarabağ” bu qrupun 5 səpələnməmişindən biri ilə üz-üzə gələcək. Təmsilçimizin mümkün rəqibləri “Rakuv” (Polşa), “Svift Esper” (Lüksemburq), “Valmiera” (Latviya), “Larne” (Şimali İrlandiya) və “Linkoln” (Cəbəllütariq) klublarıdır.
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama